22 Haziran 2016 Çarşamba

Giriş

Giriş

Keçmişə baxıb bu günə qədər yaşadıqlarınızı qısaca gözdən keçirsəniz, on illərə sığan hadisələrin, əslində, dəqiqələri keçmədiyini görərsiniz. Bir zamanlar çox önəmli olduğunu düşündüyünüz, bəzən həyəcanla, bəzən narahatlıqla, bəzən də maraqla gözlədiyiniz bütün hadisələr sizin üçün artıq xatirə olmuşdur. Bütün bunlardan dünyəvi mənada geriyə qalan yalnız yaddaşınızdakı məlumatlardır. Ancaq bütün bu zaman içində sərf etdiyiniz hər söz, göstərdiyiniz hər hərəkət, ağlınızdan keçirdiyiniz hər düşüncə Allah qatında saxlanmış vəziyyətdədir.
Hər insanın mütləq qarşılaşacağı ölüm həqiqəti ilə birlikdə bu məlumatlar qarşınıza qoyulacaqdır. Sizin yaddaşınızda artıq dəqiqələrlə ifadə etdiyiniz ömrünüz Allah qatında sizə anbaan, dəqiqəbədəqiqə, tək bir saniyəsi belə əskik olmadan təqdim olunacaq.
Əgər ömrünüzü Allah`ın həyatınızdakı mütləq hakimiyyətinin və hikmətli xəlqinin fərqində olaraq keçirmişsinizsə və həmçinin qarşınıza çıxan bütün hadisələri xeyrə yozub Allah`ın qədərinizi ən xeyirli şəkildə yaratdığının şüuruna varmışsınızsa, bilin ki, aqibət sizin üçün xeyirli olacaqdır.
Çünki ölümlə birlikdə insanın qarşılaşacağı yalnız iki ehtimal vardır: əgər insan ömrünü Allah`ın razı olduğu əxlaqı yaşayaraq keçirmişsə, sonsuz qurtuluşla; əksinə olduqda isə sonsuz əzabla qarşılaşacaq. Allah`ın razı olduğu əxlaq odur ki, insan hər şeyin Ondan gəldiyini bilməli, hər vəziyyətdə Ona şükür etməli və hər hadisədə xeyir olduğuna iman etməlidir.
İnsanın yaşadığı bütün hadisələrdən razı olması, hər hadisədə xeyir olduğuna iman etməsi və hər an Allah`a şükür etməsi çox asandır. Bu, Allah`ın böyüklüyünü və üstünlüyünü qavramağın insanı çatdırdığı qəti həqiqətdir. Bunun üçün insanın yaşadığı dünyanı və rastlaşdığı hər şeyi yaradan Rəbbimizi tanıması və Onu gərəyi kimi təqdir etməsi kifayətdir.
İnsanın dünyaya gəldiyi andan etibarən qarşılaşdığı hər hadisəni, eşitdiyi hər sözü yaradan uca Allah`dır. Allah sonsuz qüvvət, ağıl, ədalət və sonsuz hikmət sahibidir
Quranda “Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq” (Qəmər surəsi, 49) ayəsi ilə bildirildiyi kimi, Allah hər şeyi müəyyən plan və hikmətlə yaradır. Allah`ın sonsuz güc və üstünlüyünə qarşı insan son dərəcə aciz varlıqdır.
Həyatda qalmaq üçün Allah`ın ona imkan və nemət verməsinə möhtacdır. Ağlı və düşüncəsi ancaq Allah`ın ona öyrətdiyi şeyləri qavramağa kifayət edir. Bu vəziyyətdə insan Allah`ın sonsuz ağlına və hikmətlərlə dolu xilqətinə təslim olmağa möhtacdır. Allah`ın bütün kainatın və bütün varlıqların hakimi olduğunu bilməli; onun görüb-bilmədiyi hadisələri Allah`ın görüb-bildiyini, eşitmədiyi səsləri Onun eşitdiyini, keçmiş və gələcəkdən xəbəri olmadığı şeyləri Rəbbimizin bildiyini düşünməli və beləliklə, Allah`ın hər hadisəni ən hikmətli və ən xeyirli şəkildə yaratdığını dərk etməlidir. Bu həqiqətə iman etmək onun həyatının hər anına şükür etməsinə vəsilə olar və ona üstün əxlaq qazandırar. Başqa şəkildə ifadə etsək, insan bu imanla gördüyü hər görüntüyə, yaşadığı hər hadisəyə, qısası, həyatın hər anına xeyirlə baxar və beləcə, həyatı ən doğru şəkildə anlayar. Bununla yanaşı, bir ayədə “Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun” (İnsan surəsi, 3) hökmü ilə xəbər verildiyi kimi, doğrunu seçməklə xeyirli nəticəyə çatar və Allah`ın izni ilə sonsuz Cənnət həyatına qovuşmağı ümid edər.
Bu kitabın məqsədi insanlara hər an və hər hadisəni xeyrə yozmaqla həyatın gözəlliyini göstərmək, qədərin hər saniyəsinə xeyirlə baxmağın insana dünya və axirətdə verəcəyi nemətləri xatırlatmaqdır. Eyni şəkildə, insanın xeyirləri görməsinə mane olan pərdələri götürmək, yanlış həyat tərzindən xilas olmasına kömək etməkdir.
Bundan başqa, kitabda yazılanlar insanları hadisələrə xeyirlə baxmağı və çətinliklərə səbir etməyi təşviq edir. Həmçinin qədərin nöqsansız yaradıldığını xatırladıb bütün inananları Allah`ın sonsuz ağlına itaət etməyin sevincini yaşamağa çağırır.

Hər şeyi xeyrə yozmaq

Hər şeyi xeyrə yozmaq

Hadisələri xeyrə yozmaq məsələsi cəmiyyətin böyük əksəriyyətinə məlumdur. Bir çox insan gündəlik həyatında tez-tez “bir xeyir var”, ya da “inşaAllah, xeyirdir” kimi sözlərdən istifadə edirlər. Ancaq bu, ümumiyyətlə, ya vərdişdən, ya da adət-ənənədən qaynaqlanır.
Yoxsa bu insanlar xeyrə yozmanın həqiqi mənada nə ifadə etdiyinin, ya da bu anlayışın gündəlik həyata necə daşıyacağının şüurunda deyildirlər. İnsanın yaxşı və yaxud pis kimi görünən hadisələri xeyrə yozması onun Allah`a olan səmimi imanından qaynaqlanan əxlaqıdır və imanın verdiyi həyat şəklidir. Bu həqiqətin fərqində olmaq insana hüzur verir və dünya və axirətdə bütün nemətlərin qapısını açır.
Gün ərzində möminin heç bir şeyə üzülməməsi onun imanı doğru anladığını göstərir. Hadisələrə xeyirlə baxmamaq, narahat və ümidsiz olmaq, hüznə düşüb romantik davranmaq isə imanın şübhəli olmasının əlamətləridir. Bu şübhə dərhal aradan qaldırılmalı, iman sevinci ilə yaşamaq həyat tərzinə çevrilməlidir. Allah`a iman edən şəxs tərs kimi görünən hadisə ilə qarşılaşanda bunun mütləq ən xeyirli olduğunu bilməlidir. “Çatışmazlıq”, “tərslik”, “kaş ki” kimi sözlərdən isə ancaq dərs almaq, ibrət çıxarmaq məqsədi ilə istifadə etməlidir. Yəni “bu hadisə hikmətli və xeyirlidir, lakin bir daha eyni səhvi etməməliyəm, indi öyrəndiyim şəkildə doğrunu etməliyəm” şəklində düşünməlidir. Təkrar eyni çətinliklə qarşılaşdıqda və ya eyni səhvi etdikdə yenə bunun xeyir və hikmətlə yaradıldığını ağlından əsla çıxarmamalı və: “Bir daha doğrusunu etməliyəm”, -deyə düşünməlidir. Hətta eyni hadisə dəfələrlə təkrarlanarsa, yenə də müsəlman üçün bu vəziyyətin xeyir olduğunu bilməlidir; çünki bu, Allah`ın qanunudur və Allah`ın qanunu əsla dəyişməz.
Bir insanın nəfsinin xatircəm olması Allah`dan gələn xeyir və hikmətin kəsilmədən davam etdiyini bilməklə mümkündür. Bu həqiqəti qavramaq dünyada mömin üçün böyük nemətdir. Din əxlaqından uzaq, inkarçı insan daima əzab çəkir və hər hadisəni öz əleyhində şərh edir. Mömin isə hadisələrin hikmət və xeyir yönlərini görür və bu səbəbdən sevincli olur.
Buna görə, orta yol tutmaq, hadisələri həm xeyrə, həm şərə yozub narahatlıq duymaq axirətdə mömini utandıra bilər. Bu qədər açıq həqiqəti görüb vicdanla qəbul etməmək axirətdə və dünyada əzab çəkməyə səbəb olar. Bilmək lazımdır ki, Allah qədəri qüsursuz yaratmışdır. Milyonlarla hadisədən ibarət bu qədərdə xeyirlə baxan insan üçün yalnız gözəllik və hikmət vardır. İmanlı mömin iradəsi və ağlı ilə gün ərzində heç bir hadisədə şeytanın tələsinə düşmür. Hadisənin şəkli, günü, yeri nə olursa-olsun, xeyirli olduğunu əsla unutmur. Özü həmin vaxt bu xeyri görməyə bilər, əsası odur ki, hər şeyin xeyirlə yaradıldığına qəti olaraq inanır.
İnsan bəzən tələskənliyi üzündən hadisələrin xeyir yönünü tez görmək istəyir. Bunu həmin vaxt görmədikdə özünə zərərli olan şeylər üçün inadcıl davranır. Quranda insanın bu tələskənliyi belə bildirilmişdir:
İnsan (özünə) xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir.  (İsra surəsi, 11)
Halbuki insan doğru və yaxşı bildiyi şeylərdə israr etməməli, bunları əldə etmək üçün tələsib həvəsə düşməməli, Allah`ın yaratdığı hadisələrdəki hikmət və xeyri görmək üçün çalışmalıdır. Məsələn, bir insan maddi imkanlarının yaxşılaşmasını çox istəyib bunun üçün əmək sərf edə bilər. Lakin çox cəhd etsə də, bunu əldə etməyə bilər. Bu vəziyyətin öz əleyhinə olduğunu düşünən insan çox yanılır. Əlbəttə, hər kəs Allah rizası üçün istifadə məqsədilə mal-mülk baxımından zəngin olmaq üçün dua edə bilər. Ancaq bu, gecikirsə və ya heç olmursa, bunda böyük xeyir vardır. Bəlkə də müəyyən kamilliyə çatmadan əldə edəcəyi zənginlik insanı Allah`ın yolundan azdırıb şeytanın hiyləsinə sala bilər. Belə bir hadisənin arxasında insanın yaxında görəcəyi və ya ancaq axirətdə anlayacağı buna bənzər daha bir çox xeyir ola bilər. Başqa bir misal desək, bir iş adamı iş həyatında böyük nailiyyət qazanacağı önəmli toplantını qaçıra bilər. Ola bilər ki, o toplantıya getdikdə yolda qəza keçirər.
Əlbəttə, bunlar ümumi misallardır və hər kəs həyatda belə hadisə ilə qarşılaşmışdır. İlk baxışda tərs kimi görünən hadisələrin xeyrini görmüşdür. Amma bunu unutmaq olmaz ki, insan tərs görünən hadisələrin xeyir yönünü hələ anlamaya bilər. Çünki öncə də bildirdiyimiz kimi, insanın hadisənin xeyir yönünü qısa müddətdə görəcəyi şərti yoxdur. İnsan hadisənin xeyrini illər sonra da öyrənə bilər və ya heç bilməyə də bilər. Bəlkə də Allah qarşılaşdığı çətin vəziyyətin xeyrini ona axirətdə göstərəcəkdir. Nəticə olaraq, təvəkküllü və qədərə təslim olan insan hər hadisəni -hikmətini bilib-bilməsə də- xeyirlə dəyərləndirməli və hər şeydən razı olmalıdır.
Lakin bunu xüsusilə vurğulamaq lazımdır ki, xeyirlə baxmaq hadisələri görməzlikdən gəlib vecinə almamaq və ya nikbin davranmaq demək deyil. Tam əksinə, hər insan qarşılaşdığı hadisələrdə əlindən gələn bütün tədbirləri almağa və hər yolu sınamağa məsuliyyət daşıyır. Hadisənin bu yönünə diqqət etmək lazımdır, çünki cahiliyyə əxlaqında fərqli anlayış formalaşdıran insanlar da vardır. Məsələn, cahiliyyə cəmiyyətində hadisələrə biganə və son dərəcə vecsiz yanaşan müəyyən kütlə vardır ki, bunlar hər hadisəni ifrat dərəcədə nikbinliklə dəyərləndirirlər. Bu insanlar hadisələrə qarşı həm vecsiz yanaşdıqlarından, həm də çıxış yolu tapmağın əvəzinə uşaq kimi saf davrandıqlarından ağıllı hərəkət etmirlər. Məsələn, özünə ciddi xəstəlik diaqnozu qoyulan bir insan “fikir vermə, heç nə olmaz” deyə düşünərsə, xəstəliyi daha da şiddətlənəcəkdir. Yaxud da evi soyulduğu halda, heç bir tədbir görməyən insan öz əli ilə yeni oğrulara imkan yaratmış olacaq.
Şübhəsiz, belə saf davranmağın bu kitabda bəhs edilən xeyrə yozmaq və təvəkküllü olmaq anlayışları ilə heç bir əlaqəsi yoxdur. Belə hərəkətlər açıq şəkildə vecsiz davranmaqdır. Bu cür düşünənlərdən fərqli olaraq, möminlər hər hadisədə əllərindən gələni edib həm də feili cəhd edirlər; yəni bir növ feili dua etmiş olurlar. Lakin cəhd edərkən hər işin Allah`ın dilədiyi şəkildə nəticələnəcəyini heç unutmurlar.
Quranda bu həqiqətin şüurunda olan peyğəmbərlərin və saleh möminlərin həyatından nümunələr verilmiş, onların çətinlik və təzyiq zamanı təvəkküllü davranmaları insanlara nümunə göstərilmişdir. Bu nümunələrdən biri hz.Hudun inkarçı qövmünün təhdidlərinə qarşı Allah`a olan itaətini və təvəkküllünü göstərən verdiyi cavabdır. Ayələrdə belə buyurulur:
Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gətirmədin, biz də sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq. Biz ancaq onu deyə bilərik ki, bəzi tanrılarımız səni bəlaya düçar edib”. O dedi: “Həqiqətən, mən Allah`ı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam. Ondan başqa (tapındıqlarınızın hamısından uzağam). Hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də ver¬¬məyin. Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. Əgər üz çevirsəniz, (bilin ki,) mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir camaat gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir”. (Hud surəsi, 53-57)

Cahiliyyə cəmiyyətinin hadisələrə baxışı

Cahiliyyə cəmiyyətinin hadisələrə baxışı

Bəzi insanlar başlarına gələn hadisələri öz məntiqləri əsasında yaxşı və ya pis şəklində müəyyən kateqoriyalara ayırırlar. Bunu edərkən öz vərdişlərini və ictimai adətləri önə sürürlər. Reaksiyaları hadisələrin şiddət və formasına görə dəyişir, lakin nəticə etibarilə cəmiyyətin təyin etdiyi qəlibdən kənara çıxmırlar.
Hər insanın uşaqlıqdan etibarən gələcəklə bağlı bir çox planı olur. Lakin həyat həmişə insanların düşündüyü və ya planlaşdırdığı şəkildə inkişaf etmir. Zamanla hər insanın başına gözlənilməz olaylar gəlir. Bəzən hər şey insanın tam istədiyi şəkildə həyata keçir, bəzən də zahirən tərs görünən bir çox hadisə baş verir. Çox sağlam birisi bir anda ölümcül xəstəliyə tutulur və ya qəza keçirib şikəst olur. Yaxud da çox varlı birisi bir anda bütün malını itirir.
Ümumiyyətlə, insanlar həyatı boyu rastlaşdığı bu hadisələrə fərqli reaksiyalar verirlər. İşləri qaydasında getdiyi və mənfəətlərinə zərər gəlmədiyi müddət ərzində müsbət reaksiya verir, ancaq gözlənilməz hadisələrdə narazı qalıb üsyan edirlər. Hadisələrin əhəmiyyətinə və nəticəsinə görə bu üsyankar davranışları daha da şiddətlənir.
Əsasən, bu ortaq xüsusiyyəti cahiliyyə cəmiyyətlərinin hamısında görmək mümkündür. Lakin bu insanların bir qismi narazı qaldığı bu hadisələrdə “bir xeyir vardır” və ya “xeyirdir, inşaAllah” deməyi unutmurlar. Bu sözlər -daha əvvəl də qeyd etdiyimiz kimi- vərdişdən, yaxud da adət-ənənədən qaynaqlanır. Yoxsa bir çox insan sözdə deyildiyi kimi, başına gələn hadisələrdə xeyir axtarmır.
Bəziləri də zərərsiz və ya əhəmiyyətsiz gördüyü hadisələrə: “Bir xeyir var”, -deyərkən, önəmli bildiyi və mənfəətinə ciddi zərər vuracağını düşündüyü olaylara qarşı heç bir xeyir söz işlətmirlər. Məsələn, avtobusa çatmayan və ya maşını xarab olan birisi: “Bir xeyir var”, -deyib vecinə almır. Ancaq bundan dolayı müdiri onu təhqir edəcəksə və ya işindən qovulacaqsa, bu vəziyyətdə gileylənməyə başlayır. Yaxud da ucuz bir saatı itəndə eyni sözü işlədən insan qızıl üzüyü itəndə özünü itirir. İnsanın xeyirlə baxdığı və ya səbir etdiyi kiçik hadisələr vardır, amma böyük hadisələrdə hər cür neqativ davranışı özünün təbii haqqı kimi görür.
Bəziləri də xeyirlə baxmaqdan yalnız təsəlli məqsədilə istifadə edir. Yoxsa insanlar hadisələri xeyirlə dəyərləndirməyin həqiqətdə nə məna ifadə etdiyini anlamırlar. Bunun sadəcə sıxıntıya düşən və ya zərər çəkən dostların bir-birinə təsəlli vermək şəkli olduğuna inanırlar. Məsələn, iflas edən tanışa, yaxud sinifdə qalan dosta onu sakitləşdirmək üçün “eybi yoxdur, bir xeyir var” və ya “olmalı idi, xeyrə düşünmək gərək” kimi sözlər deyirlər. Eyni hadisə özlərinin başına gələndə heç bir xeyir söz işlətmirlər. Bu vəziyyət işlətdikləri sözün mənasından tamamilə xəbərsiz olduqlarını açıq şəkildə göstərir.
Belə insanların başına gələn və pis kimi görünən bütün hadisələrdə bir xeyrin olduğunu düşünməmələri iman zəifliyindən qaynaqlanır. İnsanın həyatı boyu qarşılaşdığı hər hadisəni Allah`ın yaratdığını, hər işin müəyyən qədərlə baş verdiyini və dünya həyatının imtahan yeri olduğunu anlamaması xeyirlə baxmasına mane olur.
Bu səbəbdən, növbəti səhifələrdə baş verən hadisələrdə mütləq bir xeyrin olduğuna inanmaq üçün və bu xeyirləri görmək üçün başa düşülməsi gərəkən bəzi əhəmiyyətli həqiqətlərə toxunacağıq.

Xeyirləri görməyin yolları

Xeyirləri görməyin yolları

Hər hadisəni Allah`ın yaratdığını bilmək...

İnsanların bir çoxu xeyirli bildiyi hadisələrlə xoşbəxt olduğu halda, pis görünən hadisələrə görə hüznə düşürlər. Halbuki iman edənlər üçün sıxıntıya düşmək çox yersizdir. Allah Quranda hər hadisəni saleh qullarının xeyrinə yaratdığını müjdə vermiş, onlar üçün heç bir zaman hüzn və sıxıntı olmayacağını xəbər vermişdir.
Quranda bildirilən bu həqiqətə inanan insan dünya həyatında bütün hadisələr qarşısında xoşhal olmağı və bunlardakı gözəllik və hikmətləri görməyi bacarır.
Bəzi insanlar isə illərlə yaşadığı bu dünyanın niyə və necə var olduğunu heç düşünmədən yaşantılarına davam edirlər. Əlbəttə, vicdanən bütün gözəlliklərin və mükəmməl nizamın Yaradıcısının olduğunu bilirlər. Lakin dünya həyatını sevdiklərindən dolayı, yaxud qarşılaşacaqları gerçəkləri qəbul etmək istəmədikləri səbəbi ilə Allah`ın varlığını düşünməkdən qaçırlar. Gündəlik həyatda hadisələrin hamısını Allah`ın bir plan və hikmətlə yaratdığını görməzlikdən gəlir, bunları şans və ya təsadüf kimi xəyali düşüncələrlə açıqlamağa çalışırlar. Bu da onların hadisələrə xeyirlə baxmasını, yaşadıqlarından hikmətli nəticələr çıxarmasını əngəlləyir.
Bəziləri də Allah`ın varlığını bilir, bütün kainatı və insanı Allah`ın yaratdığını dərk edirlər. Yağışı, ildırımı və ya günəşin çıxmasını Allah`ın yaratdığını qəbul edirlər. Lakin gündəlik hadisələrin Allah`dan asılı olmadan baş verdiyinə inanırlar. Halbuki evə girən oğrunu, ayağa dəyən daşı, yağan yağışı, məhsul verən ərazini, yaxşı və ya pis gedən işləri, unudulub yanan yeməyi də yaradan Allah`dır. Bu mövzuda insan daha çox düşünməlidir. Çünki hər hadisə Allah`ın bilgisi daxilində baş verir. Hər hadisə çox incə planla Allah`ın sonsuz ağıl və hikməti ilə yaradılmışdır. İnsanın ayağına sıçrayan palçığı, partlayan təkəri, dəridə əmələ gələn ləkəni, hər bir xəstəliyi, qaydasında görünməyən işi, yazılan hər yazını və deyilən hər bir sözü Allah müəyyən planla yaradır.
İnsanın dünyaya göz açdığı andan etibarən qarşılaşdığı pis, yaxud yaxşı görünən bütün hadisələri Allah yaradır. Həyatı bir bütün olaraq yer üzünün tək hakimi olan Allah idarə edir. Allah qüsursuz, mükəmməl, hikmətli və ən gözəl şəkildə yaradandır. Bu, uca Allah`ın yaratdığı qədərdir. Allah`ın qədərdə yaratdığı hadisələri bölüb bir qisminə yaxşı, digər qisminə pis baxmaq yanlışdır. İnsan mükəmməlliyi görüb təqdir etməli və Allah`ın ən qüsursuz nəticələri yaradacağını bilərək hər hadisəni xeyrə yozmalıdır. Çünki Allah`a iman edən və imanı ilə hər şeyi xeyrə yozan insan dünya və axirətdə gözəlliklərlə qarşılaşacaq.
Yuxarıda bəhs etdiyimiz bu böyük həqiqətə Quranda bir çox ayədə diqqət çəkilmişdir. Buna görə, qədər həqiqətini unutmaq böyük xətadır. Allah`ın yaratdığı qədər təkdir və eynisi ilə yaşanır. Qədər deyildikdə bəzilərinin ağlına, adətən, “fəlakətə təsəlli” kimi yanlış düşüncə gəlir. İman edənlər isə qədəri ən doğru şəkildə qavrayır və qədərinin özləri üçün ən xeyirlisi olduğunu bilirlər.
Qədər müsəlman üçün tamamilə qüsursuz hazırlanmış, hikmət və xeyirlərlə dolu Cənnət hazırlığıdır. Möminin dünyada qarşılaşdığı hər bir çətinlik Cənnətdə sonsuzadək alacağı zövqün, nəşənin və hüzurun qaynağıdır “Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir” (Şərh surəsi, 5) ayəsi də bir mənada buna işarə edir. Möminin səbir və cəsarətinə görə sonsuza qədər nemətlərlə mükafatlandırılması qədərdə yazılıdır.
Bir mömin gündəlik həyatda bəzi hadisələrə üzülüb narahatlıq duya bilər. Bunun səbəbi o an qarşısına çıxan hadisələrin qədərdə olduğunu və hər şeyi Allah`ın yaratdığını unutmasıdır. Ona: “Bu hadisəni Allah xeyirlə yaratdı”, -deyildikdə həmin anda qafil deyilsə, həqiqətləri tez görər və rahat olar. Bu səbəbdən, müsəlman anbaan hər hadisənin qədərdə olduğunu daim xatırlamalı və xatırlatmalıdır.
Allah`ın əzəldə xeyir və hikmətlə hazırladığı hadisələrə təvəkkül etməli, gözəlliklərini görüb hikmətini anlamağa çalışmalıdır. Hər insan Allah`ın diləməsi ilə bu həqiqətləri anlaya bilər. Bəlkə də hadisələrdəki saysız xeyir və hikmətin hamısı ilk anda müəyyən olmaya bilər. Amma bir hadisə baş veribsə, bilmək lazımdır ki, o, onsuz da müsəlman üçün Allah`ın yaratdığı xeyir və hikmətlə birlikdə gerçəkləşmişdir.

Dünyadakı canlı-cansız hər varlığın qədərlə yaradıldığını bilmək...

Qədər Allah`ın keçmişdən gələcəyə kimi yaşanmış və yaşanacaq bütün hadisələri tək bir anda bilməsidir. Bu, Allah`ın hər varlıq və hadisə üzərindəki mütləq hakimiyyətini ifadə edir. İnsanlar hadisələri yaşadığı zaman öyrənirlər. Lakin Allah bütün bunları hələ yaşanmamışdan qabaq da bilir. Allah üçün keçmiş, indiki və gələcək zaman birdir. Hamısı Allah`ın elmi və əhatəsi daxilindədir. Çünki bunların hamısını Rəbbimiz yaratmışdır.
“Biz, həqiqətən də, hər şeyi bir qədərlə yaratdıq” (Qəmər surəsi, 49) ayəsi ilə də bildirildiyi kimi, dünyadakı hər varlığın bir qədəri vardır. Bəzi insanlar qədərin mükəmməlliyini və bunda Allah`ın sonsuz gücünün olduğunu düşünmürlər. Bəziləri də qədəri sadəcə insanları maraqlandıran bir mövzu olaraq məhdudlaşdırırlar. Halbuki evdə gördüyünüz əşyaların, yoldakı daş parçalarının, meyvələri sallanan ağac budaqlarının, mağazada rəfdə qoyulan şüşə qabların, bir sözlə, canlı-cansız bütün varlıqların Allah qatında müəyyən olunmuş qədəri vardır. Hər birinin qədərini sonsuz ağıl sahibi Allah müəyyən etmişdir. Kainatda meydana gələn böyük-kiçik hər hadisə bir hikmətlə gerçəkləşir. Heç bir çiçək təsadüfən açmır və ya solmur. Həmçinin heç bir insan təsadüfən doğulmur, yaxud ölmür. Heç bir insan səhvən və ya idarəsiz şəkildə xəstələnmir. Əgər yaxşılıq və ya pisliklə qarşılaşırsa, bu, heç də təsadüfi və ya bəxtəbəxt deyildir. Hər birini insanın yaradılışı ilə birlikdə Allah xüsusi olaraq müəyyən etmişdir.
Allah Quranda “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru yoxdur ki, açıq-aydın yazıda olmasın” (Ənam surəsi, 59) ayəsi ilə torpağın və ya okeanların kilometrlərlə dərinliyində meydana gələn hadisələrdən tutmuş tək bir yarpaq dənəsinin düşməsinə qədər hər şeyin müəyyən qədərlə baş verdiyini bildirmişdir.
İnsanların çoxu yaşadığı qədərin hər anını uca Allah`ın yaratdığından xəbərsizdirlər. Bəziləri də necə yaradıldığını, həyatı boyu qarşısına çıxan nemətlərin necə var olduğunu heç düşünmür. Bir çoxları da həyatı və ölümü Allah`ın yaratdığını, lakin həyatın axarının təsadüfi şəkildə inkişaf etdiyini düşünürlər.
Halbuki Quranda “Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, yazıda olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır” (Hədid surəsi, 22) ayəsi ilə baş verən hər hadisəni Allah`ın özəl bir hikmət və ağıl ilə planladığı bildirilir. İnsanın bu önəmli həqiqəti anlaması son dərəcə əhəmiyyətlidir. Çünki dünyadakı hər varlığın qədərini sonsuz ağıl və bilgi sahibi olan Allah müəyyən edir. Dolayısilə, hər şey ən mükəmməl şəkildə planlanır və ən hikmətli şəkildə yaradılır. Bu həqiqəti görənlər pis kimi görünən vəziyyətlərdə də xoşhal olur. Çünki onlar Allah`ın saleh qulları üçün qədəri ən gözəl şəkildə yaratdığını bilir və Allah`ın gözəl gördüyü bir şeyə qarşı insanın bədgüman olmasının qəflət olduğunu anlayırlar. Bunun əksini düşünmək, yəni neqativ hallarla qarşılaşdıqda baş verənləri Allah`ın yaratmadığını, bir başqasının buna səbəb olduğunu zənn etmək insanın qədəri anlamadığını göstərir. Neqativ görünən hər hadisə, əslində, bir “qədər dərsi”dir. Hər şeyi mütləq hikmət və xeyirlə dəyərləndirmək lazımdır. Böyük, orta dərəcəli və ya əhəmiyyətsiz görünən hər hadisə qədərdə hikmətlə yaradılmışdır.
Bəzi insanlar tez-tez baş verən və istəmədikləri formada inkişaf edən hadisələrə tərs kimi baxırlar. Halbuki bunda da xeyir və hikmət vardır. İnsan bunları tərs kimi görə bilər, halbuki o hadisələrin qədərdə o şəkildə gerçəkləşməsi daha xeyirlidir.
Gün boyu insanları narahat edən və əsəbiləşdirən hadisələrin hikmət və xeyirlərini Allah bir anda göstərsə, insan narahatlıq keçirməsinin yanlış olduğunu başa düşər. İman edən insan bu xeyirlərə görə hüznə düşməz, tam əksinə, sevinib şad olar. Buna görə də insan qədərdə, yəni uca Allah`ın qüsursuz yaratmasının hikmətli xüsusiyyəti olan hadisələrdə həmişə xeyir və hikmət axtarmalı və bunu qavradığına görə sevinməlidir.

Xeyir kimi görünən hadisələrdə şərin,
şər kimi görünən hadisələrdə isə xeyrin ola biləcəyini düşünmək...

Əvvəlki səhifələrdə Allah`ın sonsuz ağıla sahib olduğundan və dünya həyatında baş verən hər hadisəni xüsusi plan içində xeyir və hikmətə yaratdığından bəhs etdik. Burada Allah`ın yaratdığı hadisələrin hansında xeyir, hansında şər olacağını yalnız Onun bildiyini anlamaq gərəkir. Çünki Allah sonsuz, insan isə məhdud ağıla sahibdir. İnsan hadisələrin ancaq zahiri yönünü görür və ancaq öz anlayışı ilə bunları dəyərləndirir. Məhdud düşüncəsi ilə bəzən xeyirli hadisəni pis, zərər verəcək hadisəni isə xeyirli zənn edir. Bu vəziyyətdə doğrunu bilmək üçün iman edən insan Allah`ın sonsuz ağıl və bilgisinə təslim olub hər hadisəyə xeyirlə baxmalıdır. Necə ki, Allah bir ayəsində insanlara belə buyurur:
... Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz. (Bəqərə surəsi, 216)
Allah`ın bu ayədə bildirdiyi kimi, insanın xeyirli və gözəl olduğunu zənn etdiyi bir hadisə onun dünya və axirətdə ziyan çəkməsinə səbəb ola bilər. Yaxud da zərər toxunacağını düşünüb çəkindiyi hadisə insana gözəllik, bərəkət və hüzur gətirə bilər. Bütün bunların sirrini yalnız Allah bilir. İstər şər, istərsə də xeyir kimi görünən bütün hadisələr Allah`ın diləməsi ilə gerçəkləşir.
Allah insan üçün nəyi diləyərsə, o olar. Quranda “Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, bağışlayandır, rəhmlidir”  (Yunis surəsi, 107) ayəsi ilə bu həqiqət bildirilmişdir.
Dolayısilə, Rəbbimizdən bizə gələn hər hadisə xeyir kimi də, şər kimi də görünsə, əslində, bizim üçün xeyirlidir. Daha öncə bəhs etdiyimiz kimi, hadisələrin nəticəsini zaman və məkanla hüdudlu olan insan deyil, zaman və məkandan münəzzəh olan və bütün bunları, o cümlədən, insanları bir anda yaradan Allah təqdir edə bilər. (Ətraflı məlumat üçün baxın: “Zamansızlıq və qədər həqiqəti”, Harun Yəhya)

Möminlər üçün hər hadisədə xeyir vardır

Möminlər üçün hər hadisədə xeyir vardır

Hər insanın həyatında çətinlik kimi gördüyü vaxtlar olur. Quran əxlaqından uzaq insanların bir çoxu bu zamanları üzüntülü duyğularla keçirirlər. Belə mühitlərdə əsəbi və gərgin davranırlar. Bu reaksiyaların tək səbəbi isə kitabın əvvəlindən bu yana bəhs etdiyimiz kimi, onların dinin gətirdiyi gözəl əxlaqdan uzaq yaşamasıdır. Allah`a və yaratdığı qüsursuz qədərə iman etmədikləri üçün hadisə və çətinliklərdə hikmət və xeyir görə bilmirlər. Onsuz da iman etmədikləri müddətcə keçən hər zaman onların əleyhinədir. Daim bunun sıxıntısı və gərginliyi ilə yaşayırlar.
Möminlər isə Allah`ın dünyada onlar üçün yaratdığı çətinliklərin imtahan olduğunu bilirlər. Bu imtahanın saleh müsəlmanlarla qəlblərində xəstəlik olan və iman etməyənlərin ayrılması üçün xüsusi yaradıldığını anlayırlar. Çünki Allah müsəlmanları mütləq imtahan edəcəyini və doğru olanlarla olmayanları bir-birindən ayırd edəcəyini Quranda belə vəd etmişdir:
Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cəhd edənləri və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız?  (Ali-İmran surəsi, 142)
Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir...  (Ali-İmran surəsi, 179)
Bu mövzu ilə əlaqədar olaraq Quranda Peyğəmbərimizin (səv) dövründə yaşanan belə bir hadisə nümunə verilmişdir:
İki ordunun qarşılaşdığı gündə başınıza gələn fəlakət də Allah`ın izni ilə oldu ki, möminləri ayırd etsin. Və münafiqləri onlardan fərqləndirsin…  (Ali-imran surəsi, 166-167)
Yuxarıdakı ayələr, əslində, bura kimi bəhs etdiyimiz mövzunu açıqlayır. Peyğəmbərimizin (səv) dövründə müsəlmanlar çətin mühitlərlə qarşılaşmış, zahirən bir çox sıxıntıya düşmüşdülər. Zahirən möminlərin çətin mübarizədə olduqları görünür. Lakin ayələrdə də bildirildiyi kimi, bu hadisə də Allah`ın izni ilə baş vermiş və möminlərə zərər verməyə çalışan münafiqlərin ortaya çıxmasına vəsilə olmuşdur. Yəni sonu möminlər üçün -həmişə olduğu kimi- xeyrə çevrilmişdir.
Möminlər bunu bildiklərinə görə, belə vaxtlara Allah`a bağlılıqlarını və səmimiyyətlərini göstərmək üçün fürsət kimi baxırlar. Dünyada həm çətinlik, həm də nemətlərlə imtahan olunduqlarını heç unutmurlar. Bu gözəl əxlaqa görə, Allah çətinliyi saleh qullarının lehinə çevirir.
Növbəti səhifələrdə insanların gündəlik həyatda qarşılaşdığı bəzi çətinliklərdən və dünya həyatına xas imtahanlardan bəhs ediləcək. Burda məqsəd inananlar üçün çətin görünən hadisələrdəki xeyirləri və səbir etməyin möminlərə gətirdiyi gözəllik və nemətləri xatırlatmaqdır.

Mal-mülkdən əskilmə ilə imtahan

İnsanların bir çoxunun həyatda ən önəmli məqsədlərindən biri mal-mülk zənginliyinə sahib olmaqdır. Həyatda çox əhəmiyyətli sayılan bu hədəfə çatmaq üçün hər yolu sınayır, heç bir şeydən çəkinmirlər. İnsanların mal-mülkə verdiyi dəyər Quranda dünyanın bərbəzəyi və bunlara qarşı güclü istək kimi keçir. Ayələrdə belə buyurulur:
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali-İmran surəsi, 14)
Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi, 46)
Allah bir başqa ayədə din əxlaqından uzaq yaşayan insanlara “mal-dövləti isə lap çox sevirsiniz” (Fəcr surəsi, 20) şəklində bildirir. Bu ayədən aydın olduğu kimi, cahiliyyə cəmiyyəti mal-mülk sahibi olmağa çox həvəslidir. Çünki var-dövlət din əxlaqını əsas almayan cəmiyyətlər üçün üstünlüyü ifadə edən əhəmiyyətli xüsusiyyət sayılır. Bu yanlış modeldə malı olana hörmət edilir və dəyər verilir. İnsanlar istədiyi zənginliyi əldə etdikdə böyük güc qazandıqlarını düşünürlər. Bu baxımdan, hər kəs çoxlu var-dövlətə sahib olmağı istəyir.
Cahiliyyə insanlarının mal-mülkə bu qədər düşkün olması həyatı boyu qazandıqlarını itirmək qorxusunu da bərabərində gətirir. Bu yanlış məntiqə sahib olan bəzi insanlar var-dövləti müəyyən bir səbəbdən əlindən getdikdə ümidsizliyə düşür və Allah`a qarşı üsyankar davranırlar. Mallarının əskilməsinin, əslində, imtahan olduğundan tamamilə qafil olduqları üçün bu böyük zərərə görə üzülürlər.
Halbuki Allah Quranda iman edən qullarına əllərindən çıxanlar üçün üzülməməyi və özlərinə verilən nemətlərə görə də sevinib qürrələnməməyi əmr etmişdir (Hədid surəsi, 23). Allah ayələrdə insanları gözəl əxlaqa və mötədil olmağa çağırır. Bir insanın var-dövləti artanda qürrələnməsi və azalanda üzülməsi Allah`a qarşı nankorluqdur.
Fəqət hadisələri öz yanlış düşüncələri əsasında dəyərləndirən cahiliyyə toplumu mal itkisində üzülməyi təbii qarşılayır. Məsələn, bir insanın həyatı boyu çalışıb əldə etdiyi sərvəti təbii fəlakət nəticəsində bir neçə saniyədə əlindən alına bilər. Yaxud da uzun müddət pul yığıb aldığı gözəl ev yanğın nəticəsində yararsız hala düşə bilər. Dünya həyatının imtahan yeri olduğunu və belə bir hadisə ilə imtahan edildiyini dərk etməyən insan malı bir anda əlindən alınanda nə baş verdiyinə təəccüblənər və üsyankar davranmağa başlayar.
Din əxlaqından uzaq insanlar mal itkisini bu yanlış düşüncə ilə dəyərləndirdiyi üçün bu hadisənin xeyirli və yaxşı yönünün olmadığını düşünürlər. Necə ki, Allah`a təvəkkül etmədiklərinə görə, bu hadisə, həqiqətən, onların əleyhinə olur.
Halbuki xeyirlə baxan insanlar üçün vəziyyət tamamilə fərqlidir. Əgər mal-mülkləri əllərindən çıxsa, bunun bir çox xeyir və hikmətləri vardır. Bəlkə də Allah bu vasitə ilə zənginlikdən qürrələnən və dünya həyatının keçici həvəsinə düşən qullarına xəbərdarlıq edir. Onlara bütün gücün Özünə aid olduğunu və sadəcə Özünə rəğbət etmək gərəkdiyini xatırladır. Yaxud da o çətinliyə səbir edən qullarına dünya və axirətdə daha gözəli ilə qarşılıq verib onların bilmədiyi xeyirli gələcək müəyyən edə bilər. Dünya həyatının keçici və zahiri mənfəətləri yerinə sonsuz axirət həyatının saysız nemətləri onlara verə bilər. Belə ki, dünya və axirət nemətləri müqayisə olunarsa, axirət nemətlərinin daha xeyirli olduğu çox aydındır.
Belə hadisələrin dünyaya aid bir çox xeyri də ola bilər. Məsələn, bir insan yeni aldığı maşını ilə qəza keçirərsə və maşın çox zərər görərsə, bunda mütləq xeyir vardır. Allah bəlkə də bu insanı daha böyük qəzadan və ya başına gələcək pis hadisədən qorumuşdur. Vicdanlı insan başına gələn bu hadisəni xəbərdarlıq kimi qəbul edib bağışlanma diləyir və Allah`ın yaratdığı qədərə qeyd-şərtsiz təslim olur.

“Ola bilsin ki, sevdiyiniz bir şey sizin üçün zərərli olsun”

“Bəqərə” surəsinin 216-cı ayəsində Allah zərərli kimi görünən bəzi şeylərin insanlara xeyir gətirəcəyini xəbər vermişdir. Lakin eyni ayədə bununla yanaşı, insanların sevdiyi şeylərin özlərinə zərərli ola biləcəyi xəbər verilmişdir. Quranda bu mövzu ilə əlaqədar verilən bu misal xəsislik edən varlı inkarçıların durumudur. İnkarçıların xəsisliyi fərasət zənn etməsi və Allah yolunda istifadə etmədikləri var-dövlətin özlərinə fayda gətirəcəyini düşünməsi böyük qəflətdir. Çünki Allah belə zənginliyin sahibləri üçün zərər olduğunu və axirətdə əzaba səbəb olacağını Quranda bildirmişdir:
Allah`ın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır... (Ali-İmran surəsi, 180)
“Qəsəs” surəsində də Allah`ın çoxlu var-dövlət verdiyi, fəqət buna görə qürrələnən və azğınlaşan Qarunun hekayəsi keçir. Edilən xəbərdarlıqları dinləməməyi üzündən həlak edilən Qarun insanlar üçün bir ibrət sayılır. Onun bu vəziyyəti Quranda belə xəbər verilir:
...Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir. Allah`ın sənə verdiyi ilə axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir”. (Qarun) dedi: “Bu, mənə ancaq məndə olan biliyə görə verilmişdir”. Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox yığan kəsləri məhv etmişdir? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz.  (Qəsəs surəsi, 76-78)
Ayələrdə bildirildiyi kimi, Qarun sahib olduğu zənginliyin özünə xeyir gətirəcəyini zənn etmiş və qürrələnmişdir. Ancaq sonda ziyana uğramışdır.
Möminlərin isə mal-mülkü dəyərləndirmə şəkli bura kimi bəhs edilən yanlış cahiliyyə düşüncəsindən tamamilə fərqlidir. Quranda əmr edildiyi kimi davranan mömin üçün mülk sahibi olmaq o qədər də əhəmiyyətli deyildir.
Mal sevgisi, yığmaq həvəsi kimi cahiliyyəyə xas hərəkətlərin heç biri möminlərin üstün əxlaqında yoxdur. Çünki mömin bütün həyatını Allah`ın rizasını qazanmağa həsr etmişdir. Buna görə, malını Allah yolunda xərcləyir və nəfsinin istəklərinə uymur. Beləliklə də dünyəvi mənfəətlərə deyil, axirətə yönəlir və buna görə də möminlər Allah qatında üstün edilmişdir. Allah onları Quranda belə müjdələyir:
Doğrudan da Allah möminlərdən Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allah`ın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allah`dan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)
Bu həqiqəti bilən peyğəmbərlər, elçilər, saleh möminlər tarix boyu özlərinə nemət olaraq verilən malın Allah`a aid olduğunu bilərək hərəkət etmişlər. Bütün sərvətlərindən Allah rizası üçün istifadə etmişlər. Məsələn, ayədə bildirildiyi kimi, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və s. (Bəqərə surəsi, 177) verəcək əxlaq və mərhəmətə sahibdirlər. Bundan başqa, möminlər bəzi insanların etdiyi kimi, nümayiş üçün deyil, tam əksinə, Allah`ın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün (Bəqərə surəsi, 265) infaq edirlər. Buna görə də malları azalsa da, cahiliyyənin verdiyi reaksiyadan fərqli olaraq, bunun bir imtahan olduğunu bilir və bunda xeyir görüb səbir edirlər. İnananların belə vəziyyətdə necə davrandıqları Quranda belə xəbər verilir:
De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! ) (Ali-İmran surəsi, 26
İnananlar yaxşı bilirlər ki, inkarçıların malları axırda onlara əzab gətirir. Bu, uca Allah`ın vədidir. Ayədə belə buyurulur:
Onların malları, övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir. (Tövbə surəsi, 55)

Xəstəliklərin ardındakı hikmətlər

Cahiliyyə cəmiyyəti davamlı olaraq gələcək üçün plan qurur və bunun həmişə öz istədiyi kimi davam etməsini istəyir. Bu səbəbdən, anidən gələn bir xəstəlik və ya gözlənilməz qəza ilə bütün həyatları alt-üst olur. Çünki plan qurarkən xəstəlik və ya qəza kimi hadisəni heç düşünmürlər. Hətta bir çoxu sağlam bədənə sahib olsa da -hər gün minlərlə insanın başına gələn- bu cür hadisə ilə qarşılaşacaqlarını heç düşünmürlər.
Buna görə, cahiliyyə toplumu belə bir vəziyyətdə üsyankarlığa başlayır. “Mənim başıma niyə bu gəldi” kimi düşüncə ilə qədərə zidd davranırlar. İnkarçıların bu məntiqlə xəstəlik və ya qəza zamanı təvəkkül etməsi və ya hadisəyə xeyirlə baxması mümkün deyil.
Qədər həqiqətini qavramayan bu insanlar xəstəliyin səbəbini yalnız virus və mikroblarda görürlər. Yenə eyni şəkildə, maşın qəzasında bunun tək səbəbini pis sürücüdə axtarırlar. Halbuki həqiqət belə deyildir. Xəstəliyə səbəb olan hər mikroorqanizm və ya insana zərər verən hər vasitə, hər insan Allah`ın səbəb olaraq yaratdığı varlıqlardır. Bu varlıqların heç biri başıboş deyil. Hamısı ancaq və ancaq Allah`ın idarəsi ilə hərəkət edir. Əgər insan bir virus üzündən ağır xəstəliyə tutulursa, bu, uca Allah`ın bilgisi daxilindədir. Əgər maşın adamı vurub şikəst edirsə, bu da Allah`ın yaratdığı qədərdir. İnsan nə edirsə-etsin, bunları dəyişdirə bilməz, qədərindən tək bir anı çıxara bilməz. Çünki qədər bir bütün olaraq yaradılır. Sonsuz qüdrət sahibi Allah`a təslim olan, Onun sonsuz ağıl və rəhmətinə güvənən insan üçün xəstəlik də, qəza da, digər müsibət kimi görünən hadisələr də sonu xeyirlə bitəcək keçici imtahanlardır. Əhəmiyyətli olan Allah`a iman edən, Onun yaratdığı qədərə təslim olan insanların çətinlik və xəstəlik vaxtlarında gözəl əxlaq göstərməsidir.
Xəstəlik və qəzalarda möminlər səbirli və əxlaqlı davranırlar və bu hadisələr onlar üçün Allah`a yaxınlaşmağa bir fürsətdir. Quranda çətinliklə yanaşı, xəstəlik zamanı da səbir etməyin əhəmiyyəti vurğulanmışdır:
Lakin yaxşı əməl (sahibləri) Allah`a, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)
Yuxarıda qeyd olunduğu kimi, ayədə xəstəlik dövrünün də vurğulanması düşündürücüdür. Fiziki narahatlıqla qarşılaşan insan gözəl əxlaq göstərmək üçün bütün bunların bir imtahan olduğunu, xəstəliyi və şəfasını da yaradanın yalnız Allah olduğunu düşünməlidir. Əgər insan bunlardakı xeyir və hikmətləri düşünərsə, bunları həmin vaxt görməsə də, həmin çətinlikdən karlı çıxar. Dünyada müvəqqəti çətinlik çəkər, lakin Allah`ın izni ilə, axirətdə Rəbbimizə təslim olduğundan dolayı mükafat almağı ümid edə bilər.
Ancaq unutmaq olmaz ki, bu həqiqəti anlamaq və həqiqətən, belə hadisə ilə qarşılaşdıqda gözəl əxlaq göstərmək çox önəmlidir. Buna görə, bütün xəstəliklərin hikmətlə yaradıldığını unutmamalıdır. Allah diləyərsə, insan heç vaxt xəstə olmaz, ağrı və acı çəkməz. Lakin insan belə çətinliyə rast gələndə bilməlidir ki, bunun həm dünyanın keçici olduğunu, həm də Allah`ın sonsuz gücünü anlaması baxımından çox hikməti vardır.
Bu hissədə bu hikmətlərin bir neçəsindən söz açacağıq və xəstəlik, qəza kimi hadisələrdə səmimi möminin necə təvəkküllü və müti olacağından bəhs edəcəyik.

Xəstəlik insana acizliyini və Allah`a möhtac olduğunu xatırladır

Xəstəlik zamanı insanın o günə qədər sağlam olduğu bədəni gözlə belə görülməyən virus və mikroblara məğlub olur. Bilindiyi kimi, bir çox xəstəlik halsızlıq, müxtəlif ağrı və acı ilə özünü büruzə edir. Hətta bəzi xəstəliklərdə insan yataqdan belə qalxa bilməyəcək dərəcədə yorğun olur, yaxud çox ağrıyır. Mikroskopik bir virusun bədəndə meydana gətirdiyi bu zəifliyə əngəl ola bilməyən insan bu zaman acizliyini və Allah`a nə qədər möhtac olduğunu çox yaxşı başa düşür. Beləcə, sağlam ikən böyüklənən, sahib olduqları ilə qürrələnən insan lazımi kimi düşünmədiyi bu həqiqəti görə bilər və hər şeyin yaradıcısı Rəbbimizin sonsuz qüdrətini daha yaxşı təqdir edər.

Xəstəlik insana sağlamlığın Allah`dan

bir nemət olduğunu xatırladır

Gündəlik həyatda çox vaxt düşünülməyən mövzulardan biri də sağlam olmağın nə qədər böyük nemət olmasıdır. Uzun müddət xəstə olmayan, rahatsızlıq və ya ağrı-acı hiss etməyən insan bu duruma alışır. Lakin ani bir xəstəliklə qarşılaşanda sağlam olmağın Allah`ın bir lütfü olduğunun fərqinə varır. Çünki bir şeyin dəyəri o şey itəndə və ya ondan məhrum olanda çox yaxşı bilinir. Məşhur İslam mütəfəkkiri Səid Nursinin dediyi kimi: “Soyuq olmazsa, isti bilinməz. Zövqü olmaz. Aclıq olmazsa, yemək ləzzət verməz. Mərəz olmazsa, səhhət ləzzətsizdir. Yəni hər şey ziddi ilə anlaşılır və qiymət qazanır”.

İnsan ciddi xəstəlik zamanı dünyanın müvəqqəti olduğunu, ölüm və axirəti daha çox düşünməyə başlayır

İnsanların çoxu təhlükəli xəstəliyə tutulanda və ya bədəninin bir üzvünü itirəndə bunu çox pis hadisə kimi görürlər. Halbuki həmin adamın xəstəliyi bəla kimi deyil, axirətdə xilas olması və Allah`a yönəlməsi üçün ona verilə bilər. Çünki ciddi xəstəliyə tutulan insanın şüuru təbii olaraq daha açıq olur. Çətin xəstəlik insanın vərdişlərə əsaslanan əhvaldan, yəni qəflətdən çıxıb həyatın mənasını və axirət həqiqətini daha çox düşünməsinə səbəb olur. İnsan dünyaya bağlılığın mənasız olduğunu və ölümün nə qədər yaxın olduğunu başa düşür. Bütün həyatını qəflət içində keçirdiyi halda, heç gözləmədiyi anda xəstələnməsi axirət həyatının və Allah`ın rizasını qazanmağın əhəmiyyətini anlamağına vəsilə olur. nın önemini kavrayıp sonsuz hayatında kurtuluş bulabilir. 

İnsanın Allah`a duası və yaxınlığı artır

Ciddi xəstəliyin bədəndə təsiri göründükcə bir çox insan düşünməkdən qaçdığı ölümü düşünməyə başlayır və bu vəziyyətdə, insan səmimi şəkildə Allah`a dua edib sağalmağı istəyir. Həyatı boyu heç dua etməyən insan belə, amansız xəstəlik qarşısında Allah`a yalvarmağa ehtiyac duyur. Rəbbimizə qarşı çox səmimi dua edir, bu səbəbə görə də Allah`a yaxınlığı artır. Əgər həmin adam sağalanda da eyni səmimiyyətlə dua etməyə davam edərsə və nankorluq etməzsə, həmin xəstəlik onun ixlaslı həyat yaşamasına vəsilə olmuş olar.
Allah Quranda belə çətin zamanlarda Özünə yönələn insanları xəbər vermişdir. Ayələrdə buyurulur:
İnsana nemət verdiyimiz zaman üz çevirib uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar. (Fussilət surəsi, 51)
İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü Bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.  (Yunis surəsi, 12)
İnsanların başına bir bəla gəldiyi zaman Rəbbinə üz tutub Ona yalvarırlar. Sonra O, Özündən onlara bir mərhəmət daddıran kimi, onlardan bir dəstə Rəbbinə şərik qoşur.  (Rum surəsi, 33)
Lakin yuxarıdakı ayələrdən aydın olduğu kimi, insanın sıxıntı zamanı dua etməsi kifayət deyil. Allah`a qarşı aciz olduğunu biləndə dua etdiyi kimi, nemət veriləndə də Allah`a sığınmalıdır. Bu şəkildə, xəstəlik və sıxıntı insanın acizliyini anlayıb tövbə etməsinə və geri qalan ömrünü itaətkarlıqla keçirməsinə səbəb olur.

Xəstəliyə qarşı təvəkkül və səbir etməyin qarşılığı
axirətdə sonsuz Cənnətə qovuşmaqdır

Daha əvvəl də bildirdiyimiz kimi, xəstəliklərin bir hikməti də dünyada insanların səbrinin və Allah`a təvəkküllərinin sınanmasıdır. Möminlər xəstəlik zamanı Allah`a olan sədaqət və səbri ilə cahiliyyə cəmiyyətindən fərqlənirlər. Çünki çətin zamanlarda gözəl davranışın Allah`ın rizasını qazanmağa uyğun olduğunu bilir və axirətdə böyük qarşılığının olacağını umurlar. Daha öncə Allah`a tam təslim olmayan bir insan isə xəstəliyi sayəsində bu gözəl xüsusiyyətləri qazana bilər və müvəqqəti dünyada qısa sürən sıxıntıların qarşılığında sonsuz Cənnət həyatının nemətlərinə qovuşa bilər.
Hz.İbrahimin xəstələndiyi zaman səmimi dua etməsi möminlər üçün gözəl nümunədir. Bu dua ayələrdə belə xəbər verilir:
O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir. O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir. (Şüəra surəsi, 80-81)
Başqa bir gözəl nümunə də hz.Eyyubun sıxıntı zamanı üstün əxlaqıdır. Quranda bildirildiyinə görə, hz.Eyyuba şiddətli sıxıntı üz vermiş, lakin bu zaman Allah`a bağlılıq və sədaqət göstərib nümunəvi hərəkət nümayiş etdirmişdir. Buna görə, hz.Eyyub Allah`a təslim olmağı və təvəkkülü ilə təriflənən bir peyğəmbərdir.
Quranda xəbər verildiyinə görə, hz.Eyyub bu arada şeytanın vəsvəsələri ilə də qarşılaşmışdır. Şeytan düşdüyü həssas durumdan istifadə edib onu təvəkküldən uzaqlaşdırmaq istəmişdir. Xəstəlik və ya sıxıntı zamanı bəzi insanlar diqqətini toplaya bilmədiklərindən dolayı şeytanın təlqininə açıq olurlar. Lakin hz.Eyyub Allah`a könüldən bağlı bir peyğəmbər olaraq şeytanın tələsinə düşməmişdir. Sıxıntıdan qurtulmaq üçün səmimi şəkildə Allah`a dua edib Ondan yardım istəmişdir. Quranda hz.Eyyubun örnək duası belə xəbər verilir:
Əyyub da; bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq...  (Ənbiya surəsi, 83-84)
Allah onun səmimi duasını qəbul edib “Şafi” (şəfa verən) ismi ilə nəyin şəfalı olacağını hz.Eyyuba bildirmişdir. Ayələrdə belə bildirilir:
Kulumuz Eyyub'u da hatırla. Hani o: "Herhalde şeytan, bana kahredici bir acı ve azab dokundurdu" diye Rabbine seslenmişti.
Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!” “Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!” Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik, bir o qədər də bəxş etdik. “Əlinə bir dəstə (çubuq) götür və onunla vur. Andını pozma”. Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allah`a üz tutardı. (Sad surəsi, 41-44)
Hz.Əyyub sıxıntıya düşdüyü əsnada Allah`a olan təvəkkülü, bağlılığı və səbri ilə göstərdiyi üstün əxlaqın mükafatını, heç şübhəsiz, almışdır (ən doğrusunu Allah bilir). Özündən sonra gələn bütün müsəlmanlara bu əxlaqı ilə nümunə olmuşdur.

Möminlərin etdiyi səhvlərdə də xeyir vardır

Cahiliyyə cəmiyyətlərinin ən çox çəkindiyi mövzulardan biri səhv etməkdir. Çünki səhv edən adam cəmiyyətin gözündən düşür və ümumiyyətlə, qınaq mövzusu olur. Yaxud da önəm verdiyi bəzi fürsətləri qaçırır. Buna görə, cahiliyyə fərdləri arasında səhv etmək, adətən, qorxulu yuxuya çevrilmişdir.
Halbuki Quran əxlaqında vəziyyət çox fərqlidir. İman edənlər heç kimi xətalarından ötrü dəyərləndirmirlər. Səhv edənin bir insan olduğunu, xətaya meyilli olduğunu bilir, ona qarşı şəfqət və mərhəmət duyurlar.
Bununla yanaşı, mömin xəta etdikdə səmimi şəkildə düşünüb yanlış etdiyini başa düşür; Allah qorxusu və vicdanı onu tez hərəkətə keçirər. Xətasını düzəltmək üçün çalışar. Sonsuz mərhəmət sahibi olan Allah`a dua edər və bağışlanma diləyər.
Möminin xəta etdikdə peşman olması yenə özünə xeyirlidir. Çünki bu, cahiliyyənin yaşadığı sıxıntılı peşmanlıq deyil. Yenə eyni səhvi etməmək üçün bir qərardan ibarətdir. Bu vəziyyətdə möminin itaətkar davranışı, təvəkkülü və bütün hadisələrin qədərində olduğunu bilərək hərəkət etməsi çox əhəmiyyətlidir. Beləcə, Allah`a olan yaxınlığı daha da artar.

“Hər kəs ölümü dadacaqdır…”

Cahiliyyə inancına görə, bir insanın başına gələn ən pis hadisələrdən biri yaxınının və ya özünün ölümüdür. Ölümə yaxınlaşmaq və ya yaxın adamını itirmək ən qorxulu şeylərdən biri sayılır. Ölümdən heç danışmamağı, söz düşəndə də mövzunu tez dəyişməyi məsləhət görürlər. Onların yanlış inancına əsasən, bir çox hadisəyə xeyir gözü ilə baxıla bilər, lakin insanın ölməsində əsla xeyir yoxdur...
Din əxlaqını yaşamayan cəmiyyətlərin hamısı ölümü eyni cür dəyərləndirir və heç fərqli düşünmürlər. Ölümü yox olma kimi görür, axirətə tərəddüdlə yanaşırlar. Bu insanlar üçün tək yaşayış yeri dünyadır. Dolayısilə, onlara görə ölümlə yanaşı, bu imkan tamamilə bitir və ölən adamdan geriyə sadəcə üzüntü qalır. Xüsusilə də çox sevdiyi bir yaxınını itirən adam qəm-qüssəli olur və çox sıxıntı keçirir. Hətta yaxını gənc yaşında ölsə, Allah`a və qədərə üsyankar hərəkətlər etməyə başlayır. Halbuki onlar çox əhəmiyyətli həqiqəti unudurlar:
Əvvəla, yer üzündəki insanların heç biri öz istəkləri ilə dünyaya gəlməyiblər və heç bir insan öz iradəsi ilə həyat əldə etməyib. Bütün insanların həyatı Allah`a aiddir; hər kəs uca Allah`ın təqdir etdiyi zamanda və Onun diləməsi ilə həyat tapıb. Göylərin, Yerin bu ikisinin arasındakı canlı-cansız hər varlığın sahibi olan Allah istədiyi insanın canını dilədiyi şəkildə və dilədiyi zamanda alacaq. Allah`ın qədərdə müəyyən etdiyi bu zamanı heç kimin ertələməyə və ya önə çəkməyə gücü çatmaz. Bu həqiqət Quranda belə bildirilir:
Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq. (Ali-İmran surəsi, 145)
Bundan başqa, insan ölümdən uzaqlaşmaq üçün nə qədər tədbir alsa da, nə qədər güvəndiyi yerlərə sığınsa da, ölümdən qaça bilməz. Heç gözləmədiyi şəkildə dünyadan gedə bilər. Eyni şəkildə, bir yaxınının ölməməsi üçün nə qədər çalışsa da, hətta dünyanın bütün imkanlarını səfərbər etsə də, bu istəyini -Allah diləmədikcə- gerçəkləşdirə bilməz. Bir ayədə ölümün hər yerdə insanı tapacağı belə ifadə edilmişdir:
Harada olursunuzsa-olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə... (Nisa surəsi, 78)
Buna görə də insan özünü və ya yaxınlarını ölümdən qaçırmağa çalışmamalı, əksinə, ölümdən sonrası üçün hazırlıq görməli və sevdiyi insanların da axirətdəki sonsuz həyatı üçün hazırlıq görməsinə vəsilə olmalıdır.

Ölüm son deyil, başlanğıcdır

Axirət inancı zəif olan, yaxud heç olmayan insanların ölüm və ölümdən sonrakı həyata baxışı çox yanlışdır. Bundan dolayı, yuxarıda bəhs etdiyimiz kimi, ölümü xeyirli hadisə kimi deyil, müsibət kimi görürlər. Ölən adamı bir daha görə bilməyəcəklərini və onun torpaqda yox olduğunu düşünürlər.
Halbuki ölüm yox olma deyil, əksinə, insanların əsl yurd olan axirətə keçmələri üçün bir vasitədir. İnsanların dünyadakı xeyir və pis əməllərinin qarşılığını görəcəyi hesab gününə yaxınlaşdığı bir hadisədir. İstisnasız hər insan ölümlə qarşılaşacaq və əbədi axirətə keçəcək. Bu, bir çox insanlar üçün gənc yaşda olur, bir çoxları üçün də irəli yaşlarda olur. Nəticədə, heç kim yer üzündə əbədi qalmayacaq; insan hər gün ölümə bir az daha yaxınlaşır. Buna görə, ölümdən qaçmağa çalışmaq, ölümü düşünməmək və ölümü müsibət olaraq dəyərləndirmək çox ağılsız davranışdır.
Bəzi insanlar isə axirətə inandıqlarını desələr də, yenə ölənin arxasınca ağlamağı təbii görürlər. Halbuki Allah`ın ədaləti sonsuzdur. Ölən adam Allah`a hesab verəcək və dünyada etdiyi hər şeyin qarşılığını misli ilə alacaq. Bu səbəbdən, Allah`a və axirətə inanan, dünyada Rəbbimizin istədiyi kimi həyat sürən hər insan üçün ölüm sonsuz gözəllik həyatının qapısıdır. İman edənlər üçün ölüm əbədi qurtuluşun başlanğıcıdır. Lakin yer üzündə təkəbbürlük edən, axirəti inkar edən və Allah`a hesab verəcəyini görməzlikdən gələn cahiliyyə insanları üçün ölüm sonsuz əzabın qapısıdır. Buna görə də həmin insanların ölümü xeyir olaraq görməsi mümkün deyildir.
Bu zidd anlayış fərqliliyindən dolayı, bir möminin ölümü ilə qarşılaşan digər möminlərin reaksiyası cahiliyyədən kəskin şəkildə ayrılır. Çünki cahiliyyə inancına görə ən pis hadisə sayılan ölüm möminlər üçün yenə xeyir vəsiləsi kimi görünür. Möminlər ölümü uca Allah`ın aşağıdakı ayəsi yönündə dəyərləndirir:
Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, Allah`ın günahınızdan keçməsi və sizə mərhəmət göstərməsi (onların) yığdıqları şeylərdən daha xeyirlidir.  (Ali-İmran surəsi, 157)
Bu ayədən də göründüyü kimi, möminlərin yaşaması kimi, ölümləri də xeyirlidir. Xüsusilə, Allah yolunda bir iş görərkən ölən möminlərə Allah qatında xüsusi dərəcə vardır. Buna görə də şəhidlik məqamı möminin şərəfidir və axirətdəki əcrini artıran xeyirli hadisədir. Axirəti hədəf alan və Allah`ın rizasını qazanmaq üçün yaşayan möminin Allah yolunda şəhid olması çox şərəflidir. Quranda xəbər verilmiş bu müjdəni bilən möminlər başqa bir mömin Allah`ın rizası üçün çalışarkən ölərsə, əsla hüznə düşməzlər. Tam əksinə, bu möminin ölümündəki xeyir və gözəllikləri görüb sevinərlər. Heç şübhəsiz, gözəlliklərin ən üstünü Allah`ın rizasını və cənnətini qazanmaqdır. Uzun və xeyirli ömür sürən, bütün ibadətlərini yerinə yetirən, məsələn, yalan danışmayan, yaxşı əməldən xoşu gələn, ədalətli olan, zəkat verən, oruc tutan, namazlarına ciddi yanaşan və Allah`ın hədlərini qoruyan bir möminin Allah qatında üstün dəyəri olduğu umulur.
Lakin inkarçı cəmiyyətlər uzun həyat yaşamaqlarının daha xeyirli olacağını zənn etməklə yanılırlar.
Aşağıdakı ayədə Allah bu mövzudakı həqiqəti qəti şəkildə açıqlayır:
Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır.  (Ali-İmran surəsi, 178)
Bütün həyatını dünyanın keçici mənfəətini qazanmaq üzərinə quran cahiliyyə insanları elə düşünürlər ki, ömürləri nə qədər uzun olsa, o qədər çox dünyəvi nemətlərdən faydalanacaqlar. Beləcə, Allah`ı və axirəti tamamilə unudaraq yaşayan bu insanlar boş yerə sərf etdikləri zamanın axirət həyatı üçün nə qədər böyük əhəmiyyət daşıdığını düşünmürlər. Halbuki yuxarıdakı ayədə də bildirildiyi kimi, özləri üçün xeyir zənn etdikləri bu müddət əleyhlərinədir.
Bu nümunə üzərində düşünən insan xeyir və şəri necə dəyərləndirəcəyini və Allah`ın “sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli” (Bəqərə surəsi, 216) hökmünü yaxşı başa düşər.